kriminal.az
Rüşvət verməyə təhriketməkdə təqsirləndirilən şəxs Almaniyadan Azərbaycana ekstradisiya olunacaq

"Ekstradisiya haqqında" 13 dekabr 1957-ci il tarixli Avropa Konvensiyasının tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının vətəndaşı Məmmədov Allahverdi Mirzə oğlunun ekstradisiyası haqqında Baş Prokurorluğun vəsatəti Almaniya Federativ Respublikasının səlahiyyətli orqanları tərəfindən təmin edilib.

Kriminal.Az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb.

Belə ki, Allahverdi Məmmədovun dələduzluq, rüşvətverməyə təhriketmə, rəsmi sənədi saxtalaşdırma və qanunsuz miqrasiya təşkiletməyə cəhd cinayət əməllərini törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən, barəsində təqsirləndirilən şəxs qismində cəlbetmə haqqında qərar qəbul edilməklə istintaqdan qaçıb gizləndiyinə görə beynəlxalq axtarışa verilib.

Hazırda təqsirləndirilən şəxsin ölkəmizə gətirilməsi məqsədilə zəruri tədbirlər görülür.

Top
0.27614712715149