kriminal.az
Azərbaycan XİN İrana başsağlığı verib

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) İranın Cənubi Xorasan əyalətindəki Təbas kömür mədənində partlayışda ölənlərlə əlaqədar sözügedən ölkəyə başsağlığı verib.

Kriminal.Az-ın xəbərinə görə, bu barədə XİN-nin X sosial şəbəkəsində paylaşım edilib.

"Xorasan əyalətindəki kömür mədənində baş vermiş partlayışla bağlı İran xalqına və hökumətinə, həlak olanların ailələrinə dərin hüznlə başsağlığı veririk. Xəsarət alanların tezliklə sağalmasını və bu faciəli hadisənin nəticələrinin tezliklə aradan qaldırılmasına ümid edirik", - deyə paylaşımda qeyd olunub.

Top
0.28587412834167