kriminal.az
Buzovnada səkkiz ailənin həyatı təhlükədədir

Bakının Buzovna qəsəbəsi 8 Mart küçəsində yerləşən ikimərtəbəli, səkkiz ailənin yaşadığı bina qəza vəziyyətdədir.

Bu barədə məlumat Baku.ws-in "qaynar xətti"nə daxil olub.

Bildirilib ki, binanın əsas konstruksiyaları köhnə və yararsız taxta parçalarından ibarətdir ki, bu da orada yaşayan sakinlərin təhlükəsizliyini ciddi şəkildə təhdid altında qoyur

Sakinlərin məlumatına görə, bina illərdir təmir edilməyib və hazırda yaşayış üçün tamamilə yararsız hala düşüb. Çatlamış divarlar, çürümüş döşəmələr və təhlükəli konstruksiya elementləri də mövcuddur.

Bu şəraitdə yaşayan ailələr hər gün həyatlarını təhlükəyə atırlar. Onlar dəfələrlə müvafiq qurumlara müraciət ediblər, lakin hələ də heç bir tədbir görülməyib.

Sözügedən görüntüləri təqdim edirik:

Buzovnada səkkiz ailənin həyatı təhlükədədir

Buzovnada səkkiz ailənin həyatı təhlükədədir

Top
0.27102708816528