kriminal.az
Ceyhun Bayramov BMT Baş Assambleyasının

Ölkəm Azərbaycan beynəlxalq hüququn, o cümlədən humanitar hüququn pozulmasının ən faciəli nəticələrini yaşayıb və BMT-nin əsas orqanlarının nizamnamə və bir sıra qətnamələrinin yerinə yetirilməməsinin ədalətsizliyinə məruz qalıb.

"Report"un ABŞ bürosu xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 79-cu sessiyasında "Yüksək Səviyyəli Həftə"si çərçivəsində baş tutan "Gələcək naminə Sammiti"ndə ("Summit of the Future") çıxışında deyib.

Nazir üzv dövlətlərin təmsilçilərini Azərbaycanın işğaldan azad edilən torpaqlarında Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) nail olmaq baxımından aparılan yenidənqurma işləri barədə məlumatlandırıb: "Dünyanın misli görünməmiş problemlərlə, o cümlədən iqlim dəyişikliyi, konfliktlərlə, geosiyasi gərginliklə üz-üzə olduğu bu kritik məqamda, gələcəyin zirvəsi bərabərsizliklə üzləşən mühüm yol ayrıcında dayanır və göstərir ki, çoxtərəfli sistem vahid səslə çatdırıla bilər. Ölkəm Azərbaycan beynəlxalq hüququn, o cümlədən humanitar hüququn pozulmasının ən faciəli nəticələrini yaşayıb və BMT-nin əsas orqanlarının nizamnamə və bir sıra qətnamələrinin yerinə yetirilməməsinin ədalətsizliyinə məruz qalıb. Məhz bunun fonunda Azərbaycan sammitin beynəlxalq hüquq normalarına ciddi riayət edilməsi və beynəlxalq normaların aşınmasının aradan qaldırılması çağırışını tam şəkildə dəstəkləyir. Nizamnamə, eləcə də orada təsbit olunmuş bütün alətlər və mexanizmlər heç bir ikili standartlar, siyasi və ya hər hansı üstünlüklər olmadan, qeyd-şərtsiz tətbiq edilməlidir.

2030-cü il Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün yol nişanına ehtiyacımız var ki, hazırda DİM hədəfinin yalnız 17 %-i üzərində iş gedir. Tərəqqiyə nail olmaq üçün siyasi öhdəliklərimizi həlledici fəaliyyətə çevirməyə təcili ehtiyac var. Bu baxımdan, Azərbaycan BMT Baş katibinin DİM-lərlə bağlı irəliləyişi gücləndirmək səylərini tam dəstəkləyir və 75 illik yubiley bəyannaməsində milli səviyyədə verdiyi öhdəliklərə sadiq qalaraq, 17 məqsəd, 88 hədəf və 119 göstəricini prioritetləşdirərək irəliləyiş əldə edirərək başqalarına nümunə olub. Buna vətəndaş cəmiyyəti, biznes ictimaiyyəti, qadın, gənclər və digər əsas maraqlı tərəflərin cəlb olunduğu birgə və inklüziv proses vasitəsilə nail olunub.

Ərazilərimizin işğaldan azad edilməsi, həmçinin DİM-lərə nail olmaq baxımından yeni səhifə açdı. Hökumət DİM-lərin həyata keçirilməsinin bütün aspektlərini əhatə edən 10 milyon ABŞ dolları dəyərində genişmiqyaslı yenidənqurma və reabilitasiya işlərinə başlamışdır. Bundan əlavə, Azərbaycan fəaliyyətə yönəlmiş milli məqsəd - DİM 18-i təqdim edib. Biz üzv dövlətləri daha çox beynəlxalq dəstəyə və həmrəyliyə çağırırıq".

Top
0.046599864959717