kriminal.az
ABŞ-də ən sürətli kvadrokopter nümayiş etdirilib

"WaveAerospace" şirkəti ABŞ Ordusu Assosiasiyasının sərgi və konfransında "Huntress Turbojet" kvadrokopterini təqdim edib.

Kriminal.Az xəbər verir ki, bu barədə "Army Recognition" məlumat verib.

Qeyd olunur ki, turboreaktiv mühərrikli dron ən sürətli kvadrokopterdir.

"Huntress Turbojet" digər kvadrokopterləri üstələyir, lakin helikopterlə müqayisədə daha az infrastruktur və əhəmiyyətli dərəcədə aşağı istismar xərcləri tələb edir", - nəşr qeyd edib.

Dron iki saata qədər uçuşu təmin edən elektrik mühərrikləri və turboreaktiv mühərriki olan hibrid elektrik stansiyası ilə təmin edilib. 50 kq yük daşıya bilən qurğunun maksimal sürəti saatda 480 km-dir. "Huntress Turbojet" avadanlığına peyk naviqasiyası olmadıqda dronu idarə etməyə imkan verən radar-altimetr və inersial naviqasiya sistemi daxildir.

Top
0.058917045593262