Qəzza sektorunun Rəfah şəhərində Fələstinin HƏMAS hərəkatının Siyasi Bürosunun rəhbəri Yəhya Sinvarla birlikdə təşkilatın hərbi qanadı olan "İzzəddin Əl-Qəssam" briqadalarının rəhbərliyinin bir neçə nümayəndəsi də öldürülüb.
Kriminal.Az xəbər verir ki, bu barədə "Al Hadath" telekanalı məlumat yayıb.
Qeyd olunur ki, öldürülənlər yüksəkrütbəli hərbi komandirlərdir.
Xatırladaq ki, daha əvvəl HƏMAS hərəkatının liderlərindən biri olan Yəhya Sinvarın Qəzza zolağında məhv edilməsi faktı təsdiqlənmışdı.