kriminal.az
Hakan Fidan:

"Sabah İstanbulda Azərbaycan, Rusiya, İran və Ermənistan xarici işlər nazirlərinin görüşü keçiriləcək".

Kriminal.Az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan "Haber Global"a müsahibəsində deyib.

O bildirib ki, toplantıda bir sıra regional məsələlər müzakirə olunacaq.

"Biz Azərbaycanla bir millət, iki dövlətik. Bir çox məsələdə isə bir dövlət kimi davranırıq. İqtisadiyyat və digər sahələrdə əməkdaşlığımız çox sıxdır", - deyə Fidan vurğulayıb.

Nazir əlavə edib ki, Azərbaycanla Ermənistan arasında sülhün əldə olunması regiona böyük fayda gətirəcək. O, həmçinin qeyd edib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bu məsələ ilə bağlı mövqeyi aydındır.

Top
0.13015103340149