kriminal.az
Gəncədə binada güclü partlayış: İki nəfər ölüb, xəsarət alanlar var

Gəncə şəhərində yaşayış binasında partlayış nəticəsində ölənlərin sayı iki nəfərə çatıb.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə şəhərin İsaq Cəfərov küçəsində yerləşən mənzillərin birində qeydə alınıb.

Hadisə zamanı həmçinin 6 nəfər xəsarət alıb. Hazırda onların şəxsiyyəti dəqiqləşdirilir.

Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar.

Faktla bağlı araşdırma aparılır.

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Gəncə şəhəri, İsaq Cəfərov küçəsində beşmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində partlayış baş verməsi barədə ilkin məlumat daxil olub.

Bu barədə Kriminal.Az-a FHN-in Mətbuat Xidmətindən bildirilib.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Gəncə Regional Mərkəzi və Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb edilib.

Əlavə məlumat veriləcək.

Gəncədə binada partlayış baş verib.

Kriminal.Az xəbər verir ki, hadisə nəticəsində bir nəfər qadın ölüb.

Dağıntılar altında digər insanların olub-olmaması araşdırılır.

Hadisə yerinə Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşları və digər qurumların nümayəndələri cəlb olunublar.

Hadisəyə səbəb qaz sızıntısının olması güman edilir.

Samir İsayev

Top
0.041370868682861