kriminal.az
Litva sakini ölkənin Müdafiə Nazirliyinin binasını yandırdı

Vilnüs polisi Litva Müdafiə Nazirliyinin binasında yanğın törətməkdə şübhəli bilinən 1984-cü il təvəllüdlü şəxsi saxlayıb.

Kriminal.Az xəbər verir ki, bu barədə "Diena" portalı hüquq-mühafizə orqanının nümayəndəsinə istinadən məlumat yayıb.

Qeyd olunub ki, saxlanılan kişi özünü nalayiq şəkildə aparıb.

Litva Müdafiə Nazirliyinin binasının birinci mərtəbəsində yanğın oktyabrın 19-da axşam saatlarında başlayıb. Yanğınsöndürmə idarəsinin məlumatına görə, istifadə olunmayan taxta giriş qapısı yandırılıb. Səhər saatlarında yanğın tamamilə söndürülüb. Hadisə ilə bağlı ibtidai istintaqa başlanılıb.

Top
0.052923917770386