kriminal.az
Gürcüstan prezidenti müxalifətin seçki mitinqinə qatılıb

Gürcüstan Prezidenti Salome Zurabişvili Tbilisidə müxalifətin parlament seçkisi ərəfəsində keçirdiyi mitinqə qatılıb.

Kriminal.Az xəbər verir ki, bu barədə TASS-ın müxbiri hadisə yerindən məlumat verib.

Zurabişvili mitinqin təşkilatçılarının çıxış etdiyi səhnənin yanında dayanıb. O, mediaya açıqlama verməyib.

Qeyd edək ki, Gürcüstanda müxalifət tərəfdarları parlament seçkisinə bir həftə qalmış ölkənin Avropa İttifaqına (Aİ) inteqrasiyasına dəstək məqsədilə paytaxtda yürüş keçiriblər. Gürcüstan və Aİ-nin bayraqlarını daşıyan bir neçə min yerli sakin Tbilisinin beş müxtəlif rayonundan "Gürcüstan Avropa İttifaqını seçir" başlığı altında yürüş keçirib. Yürüşdən sonra etirazçılar musiqi konsertinin keçirildiyi şəhərin mərkəzindəki Azadlıq Meydanına toplaşıblar.

Xatırladaq ki, Gürcüstanda parlament seçkisi oktyabrın 26-da keçiriləcək.

Top
0.042213916778564