kriminal.az
Mask hər gün bir milyon dollarlıq uduş keçirməyə söz verdi

Amerikalı sahibkar və milyarder İlon Mask Respublikaçılar Partiyasının namizədi Donald Trampa dəstək kampaniyası çərçivəsində ABŞ prezident seçkisi başlayana qədər hər gün seçicilərə bir milyon dollar verəcəyini vəd edib.

Kriminal.Az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Mask bildirib ki, onun "America PAC" siyasi fəaliyyət komitəsi respublikaçıları səs vermək üçün qeydiyyatdan keçməyə çağıran onlayn petisiyanı imzalayan seçicilərə pul verməyə hazırdır. Bildirilir ki, sahibkar öz komitəsinin yeganə maliyyə donoru olaraq qalsa, belə bir aksiya ona 17 milyon dollara başa gələ bilər.

O da qeyd edilir ki, Mask artıq Pensilvaniya ştatında keçirilən tədbirdə Trampa dəstək üçün petisiyanı imzalayan iştirakçılardan birinə milyon dollarlıq çek təqdim edib. Qalib Con Dreyer olub.

Daha əvvəl Mask Demokratların namizədi Kamala Harrisin prezident seçkisində qalib gələcəyi təqdirdə ABŞ üçün bir problem yaranacağını proqnozlaşdırmışdı. O, ABŞ-nin daha sərt senzura ilə üzləşəcəyi fikrini bildirib.

Top
0.052922964096069