BRICS ölkələri dünya qızıl ehtiyatlarının 20%-dən çoxuna sahibdirlər.
Kriminal.Az xəbər verir ki, bu barədə "RİA Novosti" Dünya Qızıl Şurasının öz hesablamalarına istinadən yazır.
Məlumata görə, 2024-cü ilin ikinci rübündə qlobal ehtiyatlar 29.03 min tona çatıb ki, bunun da 6.2 min tonu (21.4%) İran və Efiopiya istisna olmaqla, öz məlumatlarını açıqlamayan BRICS ölkələrinə məxsusdur.
BRICS ölkələri arasında qızıl ehtiyatlarına görə liderlər assosiasiyanın ümumi həcminin müvafiq olaraq 37.6%-ni və 36.4%-ni tutmaqla Rusiya (2.34 min ton) və Çindir (2.26 min ton)dir. Ondan sonra Hindistan (840.76 ton), Səudiyyə Ərəbistanı (323 ton), Braziliya (129.7 ton), Misir (126.57 ton), Cənubi Afrika (125.44 ton) və BƏƏ (74.5 ton) gəlir.
Qlobal miqyasda ABŞ 8.1 min ton qızılla lider olaraq qalır ki, bu da bütün dünya ehtiyatlarının demək olar ki, üçdə birini təşkil edir. Ondan sonra Almaniya (3.35 min ton), İtaliya (2.45 min ton) və Fransa (2.44 min ton) gəlir.