İsrailin İrana hücum hazırlığı ilə bağlı Pentaqonun məxfi sənədlərinin sızmasının mənbəyi ABŞ-nin Müdafiə Nazirliyində çalışan yüksəkrütbəli məmur olub.
Kriminal.Az xəbər verir ki, bu barədə İsrailin 12-ci kanalı məlumat yayıb.
Həmin əməkdaş iranəsilli amerikalı Ariana Təbatəbaidir.
O, ABŞ Müdafiə nazirinin Xüsusi Əməliyyatlar və Aşağı İntensivlikli Münaqişələr üzrə müavininin qərargah rəisidir. Əvvəllər bu şəxs ABŞ Müdafiə Nazirliyi və Dövlət Departamentində məsləhətçi işləyib. Təbatəbai, həmçinin RAND korporasiyasında politoloq və Yeni Amerika Təhlükəsizliyi Mərkəzində (CNAS) Yaxın Şərq Təhlükəsizliyi Proqramının baş elmi işçisi olub.