kriminal.az

Beynəlxalq maliyyə bazarlarında "Bitcoin"in yüksəlişi davam edir.

Kriminal.Az bu barədə "Binance" birjasına istinadən xəbər verir.

Kriptovalyutanın qiyməti tarixinin ən yüksək həddinə qalxaraq 93 265 ABŞ dollarına çatıb.

"Binance" birjasında "Bitcoin" kriptovalyutasının məzənnəsi 92 min dollara çatıb.

Kriminal.Az xəbər verir ki, bu barədə "Profinance" məlumat yayıb.

Bu, Donald Trampın prezidentliyi və administrasiyasının kriptovalyutalar üçün əlverişli olacağı gözləntiləri fonunda baş verir.

Dünyanın ən məşhur kriptovalyutası seçki həftəsinin ən böyük hadisələrindən biri olub və 91 904 dollara qədər - tarixdə ən yüksək səviyyəsinə çatıb.

ABŞ-də prezident seçkisindən bəri rəqəmsal aktiv 30%-dən çox artıb. Bu, gündəlik 3%-dən çox artım deməkdir.

Xatırladaq ki, Tramp kriptovalyutalar üçün əlverişli tənzimləyici baza yaratmağa, "Bitcoin"lərin strateji ehtiyatını formalaşdırmağa və ABŞ-ni bu sənayenin dünya mərkəzinə çevirməyə söz verib.

Top
2.8139619827271