Azərbaycanın Bəhreyn Krallığında Səfirliyi təsis ediləcək.
Kriminal.az xəbər verir ki, bu barədə məsələ Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sentyabrın 10-da keçirilməsi nəzərdə tutulan iclasının gündəliyinə daxil edilib.
İclasda "Azərbaycan Respublikasının Bəhreyn Krallığında (Manama Şəhərində) Səfirliyinin təsis edilməsi haqqında qanun layihəsinin müzakirəyə çıxarılması nəzərdə tutulub.
Qeyd edək ki, ümumilikdə komitənin iclasının gündəliyində 8 məsələnin müzakirəsi yer alıb.