kriminal.az
Çili prezidenti cinsi xarakterli cinayətdə ittiham olunur

Çili Prezidenti Qabriel Boriç şəxsi şəkilləri yaymaqda və cinsi qısnamada günahlandırılıb.

Kriminal.Az xəbər verir ki, bu barədə "BioBio Chile" radiosu məlumat yayıb.

Boriçin vəkili bildirib ki, prezident "sistemli təqiblərin qurbanı olub". Onun sözlərinə görə, ittihamların heç bir əsası yoxdur.

Qeyd olunur ki, hadisə 2014-cü ildə Boriç hüquqşünas kimi fəaliyyət göstərərkən baş verib. 10 ildən sonra qadın prezidentdən şikayət edib. Lakin vəkil iddia edir ki, 2014-cü ilin iyul ayından bəri tərəflər arasında heç bir əlaqə olmayıb.

Top
0.11385607719421