"İsrailə növbəti cavabımız bu ölkənin rəhbərlərinin təsəvvür etdiyindən fərqli olacaq".
"Azad İran" "Telegram" kanalının məlumatına görə, bu sözləri İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Baqeri deyib.
Onun sözlərinə görə, budəfəki cavab taktika, icra və tətbiq olunacaq silah növü baxımından təəccübləndirəcək.
"Uzun illərdir ki, İranın müdafiə doktrinası düşmənin təhdidlərinə sarsıdıcı və çəkindirici cavab vermək üzərində qurulub. İran ordusu istənilən səviyyəli təhlükə ilə mübarizə aparmağa hazırdır", - deyə, general əlavə edib.