Qırğızıstanın islah müəssisələrində məhbusların və personalın nizam-intizama riayət etməsinə nəzarət məqsədilə süni intellektin tətbiqinə başlanıb.
Kriminal.Az-ın TASS-a istinadla verdiyi məlumata görə, bu barədə respublikanın Ədliyyə Nazirliyi məlumat verib.
Bildirilir ki, istintaq təcridxanası və koloniyalara quraşdırılmış müşahidə kameraları yanğın, dava-dalaş, insanların icazəsiz toplaşması, qadağan olunmuş yerlərdə olma, həmçinin müəssisə rəhbərliyi tərəfindən postun tərk edilməsini aşkar edə bilir.
"Həmçinin, cəzaçəkmə sistemindəki müəssisələrimizdəki kameralar cinsi, yaşı, geyimi tanıya bilir", - deyə nazirlikdən bildirilib.
Qeyd edək ki, Qırğızıstanda təxminən 11 min nəfərin saxlanıldığı 15-dən çox islah koloniyası və istintaq təcridxanası var.