kriminal.az
Malayziyada 37 000-dən çox insan təxliyə edilib

Malayziyada güclü daşqınlar səbəbindən 37 mindən çox insan təxliyə edilib.

Kriminal.Az-ın məlumatına görə, bu barədə krallığın Baş naziri Ənvər İbrahim bildirib.

"Altı ştatda daşqınlardan zərər çəkənlərin sayı 11 385 ailə olmaqla 37 189 nəfərə çatıb", - deyə nazir qeyd edib.

Təbii fəlakət Malayziyanın altı ştatını - Kelantan, Trenqanu, Kedah, Perlis, Cohor və Perakı əhatə edib. Zərərçəkənlər üçün 322 müvəqqəti təxliyə mərkəzi təşkil edilib.

Top
0.04817008972168