kriminal.az
70 kiloqram qızıl olayında daha bir azərbaycanlı Türkiyədə SAXLANILDI

Türkiyədə daha bir azərbaycanlı saxlanılıb.

Kriminal.Az xəbər verir ki, bu barədə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) yayıb.

Bildirilib ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Amerika Birləşmiş Ştatlarındakı hərbi attaşesinin baş köməkçisi vəzifəsində xidmət edən polkovnik-leytenant Qəhraman Şamil oğlu Məmmədovla yanaşı Azərbaycan Respublikasının vətəndaşı Anar Əli oğlu Qasımov da saxlanılıb. O, Türkiyə Respublikasında saxlanılaraq cinayət məsuliyyətinə cəlb olunub.

Eyni zamanda cinayətin dəlili kimi qeyd olunan 70 kiloqram qızıldan əlavə hava limanındakı qeyd olunan saxlanc yerində içərisində 14 kiloqram qızıl külçələrin olduğu və gömrük sərhədindən keçməmiş daha bir çanta aşkar edilib.

Top
0.048907995223999