kriminal.az

"Apple" şirkətinin əməkdaşı şirkətə qarşı iddia qaldırıb və onu öz cihazlarına yükləməyi tələb etdiyi casus proqram təminatı vasitəsilə izləməkdə ittiham edib.

Kriminal.Az bu barədə "Reuters"ə istinadən xəbər verir.

Məlumata görə, "Apple" şirkətinin reklam texnologiyaları şöbəsinin əməkdaşı Amar Bhakt bildirib ki, şirkət işçilərdən şəxsi cihazlarına proqram təminatı yükləməyi tələb edir ki, bu da şirkətə işçilərin elektron poçtuna, foto arxivinə, sağlamlıq məlumatlarına və digər şəxsi məlumatlarına giriş imkanı verir.

"Əgər siz şəxsi hesabınızı "Apple" tərəfindən idarə olunan və ya şirkətə məxsus "iPhone", "iPad" və ya kompüterdə istifadə edirsinizsə, cihazda saxlanılan bütün məlumatlar (e-poçtlar, fotolar, videolar, qeydlər və s. daxil olmaqla) "Apple" tərəfindən yoxlanılır", - iddiada qeyd olunub.

Bundan əlavə, iddiaçı bildirib ki, "Apple" işçilərə əmək şərtlərini müzakirə etməyi, media ilə əlaqə saxlamağı və "Apple" daxilindəki pozuntular barədə məlumat verməyi qadağan edir. 2020-ci ildən şirkətdə çalışan Bhakt bildirib ki, ona podkastlarda öz işi barədə danışmağı qadağan ediblər və "LinkedIn" profilindən əmək şərtləri barədə məlumatı silməyə məcbur ediblər.

"Apple" ittihama cavab olaraq bildirib ki, iddialar əsassızdır və işçilər əmək şərtlərinin müzakirəsi məsələləri üzrə hər il təlim keçirlər.

Top
0.054388999938965