kriminal.az
Polşada Hitlerin şəxsi bayrağı tapıldı

Polşanın Poznan şəhərindəki Milli Muzey öz kolleksiyasında nasist Almaniyasının rəhbəri Adolf Hitlerin şəxsi ştandartını (bayraq) aşkar edib.

Kriminal.Az xəbər verir ki, bu barədə PAP agentliyi məlumat yayıb.

Artefakt sənət tarixçisi Aleksandra Paradovskaya tərəfindən müəyyən edilib. Ştandart eni və uzunu bir metr olan, qızıl saplarla tikilmiş yazı ilə bəzədilən kətan parçadan ibarətdir: mərkəzdə palıd yarpaqları ilə haşiyələnmiş svastika, künclərdə isə qartal təsvirləri var. Polşalı ekspertlər hesab edirlər ki, bu, Hitler üçün xüsusi olaraq hazırlanmış, indiyə kimi qorunub şaxlanmış yeganə ştandart ola bilər.

Paradovskaya bu artefaktla Almaniyanın işğalı illərində memarlıq və məişət həyatına həsr olunmuş "Qüdrət illüziyaları" sərgisi üçün eksponatlar axtararkən rast gəlib.

Top
0.052975177764893