Bakıda İran vətəndaşı narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə saxlanılıb.
Kriminal.Az xəbər verir ki, Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 1978-ci il təvəllüdlü İran vətəndaşı Rəhmət Cəbrayilnecad paytaxt ərazisində tutulub.
Onun yaşadığı evə baxış zamanı külli miqdarda heroin, 450 ədəd metadon həbi və 1 ədəd elektron tərəzi aşkar edilərək götürülüb.
R.Cəbrayilnecad ifadəsində narkotik vasitələri Yasamal rayonu ərazisində gizlədilmiş yerdən əldə etdiyini və onları müxtəlif ünvanlara çatdırmaqla maddi qazanc əldə etmək məqsədi güddüyünü etiraf edib. O, narkotik vasitələrin əsas tədarükçülərindən biri olub və əvvəllər də narkotiklə bağlı cinayətlərdə adı çəkilib.
Faktla bağlı cinayət işi başlanılıb, şübhəli şəxs barəsində istintaq tədbirləri davam etdirilir.