kriminal.az
Azər Axşamdan onu "öldürənlərə": Həmin xəbəri yayanlar... - VİDEO

Ötən gün sosial şəbəkələrdə məşhur aktyor və aparıcı Azər Axşamın ölməsi barədə məlumatlar yayılıb.

Kriminal.az xəbər verir ki, bu barədə aktyor sosial şəbəkələrdə paylaşım edib:

“Sağlıq-salamatlıqdır, şükürlər olsun, hər şey yaxşıdır. Zəng edən, narahat olan dostlara, qardaşlara dərin təşəkkürümü bildirirəm. Ölüm haqdır, Allahın əlində olan bir şeydir. Bu xəbəri yayan insanlara mən nə deyə bilərəm?! Adam bir məlumatı dəqiqləşdirər, yerini, yuvasını öyrənər sonra verər. 

Allah bizi savadsız düşüncəyə malik olan, dünyagörüşü olmayan insanlardan qorusun. Çox təəssüf ki, belədir. Nə etmək olar?! Hər şey yaxşıdır. Göydəki nöqtəni qoymayana qədər həyat davam edir”, - deyə o əlavə edib.

Billurə

Top
0.0627281665802