Ukrayna Prezidenti Volodimir Zelenski Ukrayna diplomatik korpusunda bundan əvvəl elan olunan dəyişikliklər haqqında fərmanları imzalayıb.
Kriminal.Az-ın TASS-a istinadən məlumatına görə, sənədlər onun saytında dərc edilib.
Bildirilir ki, Zelenski Ukraynanın BMT-dəki daimi nümayəndəsi Sergey Kislitsanı vəzifəsindən azad edib.
Bundan başqa, Ukraynanın Yaponiyadakı səfiri Sergey Korsunski və Çindəki səfiri Pavel Ryabikin, həmçinin 2022-ci ilin mayından Sloveniyadakı səfir vəzifəsində çalışan keçmiş müdafiə naziri (mart 2020 - noyabr 2021) Andrey Taran vəzifələrindən azad ediliblər.
Zelenski Ukraynanın BMT və Cenevrədəki digər beynəlxalq təşkilatlardakı daimi nümayəndəsi Yevgeniya Filipenkonu da vəzifəsindən azad edib və bu vəzifəyə Yevgeni Tsimbalyuku təyin edib.
Ukraynanın keçmiş xarici işlər nazirinin müavini Əminə Caparovanın Vyanadakı beynəlxalq təşkilatlarda Ukrayna nümayəndəsi təyin edilməsi haqqında fərman isə reallaşmadığı üçün ləğv edilib.
Həmçinin Sloveniyaya yeni səfir təyin edilib, Ruanda və Litvadakı diplomatik missiyaların rəhbərləri dəyişdirilib, Macarıstan, Konqo və Filippinə yeni səfirlər təyin edilib və İndoneziyada səfir vəzifəsindən azad edilib. Bundan əlavə, XİN-in keçmiş sözçüsü (2018-ci ilə qədər) Maryana Betsa, oktyabrda xarici işlər nazirinin müavini təyin edilməsinə baxmayaraq, UNESCO üzrə milli komissiyanın rəhbəri olub.
Xatırladaq ki, dünən Zelenski Ukraynanın yeni səfirlərinin siyahısını təsdiq etdiyini və 30-dan çox kadr qərarı qəbul etdiyini bildirib. Həmin vaxt o, bütün dəyişiklikləri açıqlamayıb, yalnız Ukraynanın BMT-dəki nümayəndəsinin Ukraynanın Almaniyadakı keçmiş səfiri, hazırda Braziliyadakı səfiri Andrey Melnik, Ukraynanın Türkiyədəki yeni səfirinin "Krım tatar xalqının Məclisi" təşkilatının sədr müavini Nariman Cəlalov, NATO-dakı nümayəndəsinin isə Alyona Hetmançuk olacağını qeyd edib.