Suriyanın müxtəlif silahlı qrupları ölkənin Müdafiə Nazirliyinin nəzarəti altında bir strukturda birləşdiriləcək.
Kriminal.Az TASS-a istinadən xəbər verir ki, bunu Dəməşqin yeni hakimiyyətinin başçısı, Əbu Məhəmməd əl-Culani ləqəbi ilə tanınan Əhməd əl-Şaraa deyib.
Əl-Şaraa silahlı qruplaşmaların liderləri ilə görüşüb və onlarla Prezident Bəşər Əsədin devrilməsindən sonra Suriya ordusunun yeni formatını müzakirə edib.