Almaniya kansleri Olaf Şolts Milad bazarında törədilən terror aktından sonra Maqdeburqa (Saksoniya-Anhalt) səfər edib.
Kriminal.Az "Berliner Zeitung" qəzetinə istinadən xəbər verir ki, səfər zamanı əhali kansleri fitə basıb.
Bununla yanaşı, insanlar Şotlsun ünvanına "Rədd ol!" çağırışları səsləndiriblər.
Xatırladaq ki, cümə günü axşam Maqdeburqda sürücü avtomobili insan kütləsinin üzərinə sürüb. Hadisə zamanı azı 5 nəfər ölüb.