Almaniyanın "Volkswagen" avtomobil konserni istehsal gücünü azaltmaq üçün həmkarlar birliyi ilə razılığa gəlib.
Kriminal.Az xəbər verir ki, bu barədə "Financial Times" məlumat yayıb.
Şirkətin işçi şurasının rəhbəri Daniela Kavallonun sözlərinə görə, heç bir zavod bağlanmayacaq, heç kim ixtisar edilməyəcək və daxili kollektiv müqavilə uzunmüddətli perspektivdə qorunub saxlanılacaq.
Eyni zamanda, "Volkswagen" və həmkarlar ittifaqı şirkətin Almaniyadakı beş fabrikinin gücünü ildə 734 min ədəd istehsal azaltmaq barədə razılığa gəliblər. Həmçinin 2030-cu ilə qədər 35 min iş yeri ixtisar olunacaq ki, bu da işçilərin ixtisarı demək deyil. Sadəcə köhnə mütəxəssislər təqaüdə çıxanda onların əvəzində yeni mütəxəssislər işə götürülməyəcək.
Xatırladaq ki, dekabrın əvvəlində Almaniyada təxminən 70 min "Volkswagen" işçisi ölkədəki fabriklərin bağlanmasına qarşı tətilə çıxıb.