Hər gün yeni bir rüsvayçılığın yaşandığı Fransada bu dəfə uşaqların Yeni il hədiyyələrinə göz dikilib.
Kriminal.Az "RMC Sport"a istinadən xəbər verir ki, Fransanın "Belves" futbol klubunun Milad bayramı münasibətilə uşaqlara aldığı hədiyyələr oğurlanıb.
Oğrular klubun binasına daxil olaraq, televizor və içkilərlə yanaşı, klubda məşq edən uşaqlar üçün nəzərdə tutulmuş hədiyyələri də götürüblər.
Təxminən 20 gənc futbolçu Milad bayramında sponsorlar tərəfindən ödənilmiş forma və idman geyimləri almalı idi.
Hazırda uşaqları sevindirmək üçün klubun yenidən öz hesabına hədiyyələr almağı planlaşdırdığı bildirilib.