kriminal.az
Trampdan Panama kanalı ilə bağlı sürpriz açıqlama

"Panama kanalı yenidən ABŞ-nin mülkiyyətinə keçə bilər".

Kriminal.Az xəbər verir ki, bu barədə ölkənin yeni seçilmiş Prezidenti Donald Tramp "Truth Social" hesabında yazıb.

"ABŞ-nin Panama ilə bağlı göstərdiyi fövqəladə səxavət nəzərə alınarsa, Panamanın kanaldan istifadə üçün aldığı rüsum sadəcə gülüncdür", - siyasətçi vurğulayıb.

Onun fikrincə, ABŞ bu "soyğunu" dərhal dayandırmalıdır.

Tramp əlavə edib ki, Panama kanalı ABŞ iqtisadiyyatında və milli təhlükəsizliyində mühüm rol oynayır.

Top
0.040559768676758