Avropa İttifaqı 2025-ci il fevralın 24-də Ukraynada hərbi əməliyyatların başlamasının ildönümündə Rusiyaya qarşı yeni, 16-cı sanksiyalar paketini qəbul etməyi planlaşdırır.
Kriminal.Az xəbər verir ki, bu barədə "Welt am Sonntag" qəzeti məlumat yayıb.
Məlumatlı diplomatlar nəşrə bildiriblər ki, yeni paket "Rusiya iqtisadiyyatının indiyədək sanksiyalarla kifayət qədər əhatə olunmayan xüsusi sektorlarına qarşı tədbirlər"dən ibarətdir.
Xatırladaq ki, bu həftə Avropa İttifaqının sammiti zamanı Macarıstanın baş naziri Viktor Orban yeni sanksiyaları təsdiqləməkdən imtina edib və Aİ liderlərinə yanvarın 20-də ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Trampın andiçmə mərasimini gözləmək, yalnız bundan sonra qərar qəbul etmək niyyətində olduğunu bildirib.
Qeyd edək ki, Aİ artıq Rusiyaya qarşı 15 sanksiya paketini təsdiqləyib və onların qüvvədə olma müddəti hər altı aydan bir avtomatik uzadılır.