Böyük Britaniya hərbçiləri maaşlarının rekord dərəcədə artmasına baxmayaraq, ordunu kütləvi şəkildə tərk edirlər.
Kriminal.Az xəbər verir ki, bu barədə "The Telegraph" məlumat yayıb.
Qeyd olunur ki, yayda ölkə hökuməti silahlı qüvvələrdə böhrana qarşı mübarizə çərçivəsində hərbçilərin əməhaqlarını artırmaq qərarına gəlib, lakin bu, arzu olunan nəticələrə gətirib çıxarmayıb.
"Hərbçilər qorxunc sürətlə silahlı qüvvələri tərk edirlər. Tarixdə ilk dəfə olaraq Böyük Britaniyada hər min nəfərə cəmi iki hərbi qulluqçu düşür", - materialda deyilir.
Nəşrin məlumatına görə, son bir ildə on beş mindən çox hərbçi ordunu tərk edib.