"ATƏT-in Minsk Qrupunun amerikalı və fransalı həmsədrləri 2022-ci ilin fevralında Rusiya ilə əlaqəni kəsiblər".
Kriminal.Az "Sputnik"ə istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
"Bunu, eləcə də İrəvanın 2022-ci ilin oktyabrında Praqada Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanımasını, vəziyyətin əsaslı şəkildə dəyişməsini nəzərə alsaq, bu format aktuallığını itirib. Deməli, Minsk Qrupunun bütün strukturları buraxılmalıdır və bunun üçün optimal yol İrəvan və Bakının müvafiq təklifidir", - Zaxarova bildirib.