İsrail Müdafiə Qüvvələri (SAXAL) Qəzza zolağının cənubunda və mərkəzində ümumi uzunluğu 2 kilometr olan iki tuneli məhv edib. Əməliyyata mühəndis xüsusi təyinatlıları cəlb edilib.
Kriminal.Az TASS-a istinadən xəbər verir ki, bu barədə ordunun Mətbuat Xidmətinin bəyanatında deyilir.
Bəyanatda qeyd olunur ki, söhbət "hücum" tunellərdən, yəni aktiv döyüş əməliyyatlarının aparılması üçün yeraltı kommunikasiyalardan gedir. Bu tunellər şaxələnmiş quruluşa və bir neçə çıxışa, eləcə də çoxlu silahların saxlandığı otaqlara malik idi.
Əməliyyat zamanı İsrail hərbçiləri SAXAL qüvvələrinin marşrutuna mina döşəməyə çalışan bir qrup yaraqlını məhv edib. Bundan əlavə, tank əleyhinə mövqelər və digər infrastrukturlar dağıdılıb.