Kolumbiyanın şimalında 6,2 bal gücündə zəlzələ qeydə alınıb.
Kriminal.Az-ın xəbərinə görə, bu barədə Rusiya Elmlər Akademiyasının Geofizika Xidmətinin Altay-Sayan bölməsi məlumat verib.
Bakı vaxtı ilə saat 04:53-də qeydə alınan zəlzələnin episentri Kaukasiya şəhərindən 76 km cənubda və 70 km dərinlikdə yerləşib.
Episentrdə zəlzələnin intensivliyinə əsasən, zəlzələ "güclü" kimi qiymətləndirilir.
ABŞ Geoloji Xidməti zəlzələnin maqnitudasını 5 bal olaraq qiymətləndirib.