Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adanom Qebreyesus İsrailin Yəmənin paytaxtı Səna beynəlxalq hava limanına hücumu zamanı xəsarət almadığını bildirib.
Kriminal.Az xəbər verir ki, bu barədə o, özünün "X" sosial şəbəkə hesabında məlumat verib.
ÜST rəhbəri əlavə edib ki, onun təyyarəsinin ekipaj üzvlərindən biri yaralanıb.
"Təxminən iki saat əvvəl biz Sənada təyyarəyə minən zaman hava limanı bombardmana məruz qaldı. BMT və ÜST-dən olan həmkarlarım və mənim üçün heç bir təhlükə yoxdur", - ÜST rəhbəri yazıb.
Qebreyesus Yəmənin paytaxtına BMT əməkdaşlarının azad edilməsi ilə bağlı danışıqlar aparmaq və ölkədəki humanitar vəziyyəti qiymətləndirmək üçün gəldiyini bildirib.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbəri Tedros Adanom Qebreyesus İsrailin hava hücumu zamanı Yəmənin paytaxtı Səna hava limanında olub.
Kriminal.Az xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.
İlkin məlumata görə, o, sağdır.
"Al Mayadeen" telekanalının məlumatına görə, ÜST direktorunu hava limanında adı açıqlanmayan BMT-nin rezident əlaqələndiricisi müşayiət edib. BMT nümayəndə heyətinin Sənaya gəldiyi təyyarənin ikinci pilotunun yaralandığı iddia edilir.
Xatırladaq ki, Yəmənin Səna beynəlxalq hava limanı İsrailin hava hücumlarına məruz qalıb. Yəmən paytaxtının şimalında yerləşən Əd-Deyləmi aviabazasına və onun ətrafına da zərbələr endirilib.