kriminal.az
Müalicəsini Qazaxıstanda davam etdirən azərbaycanlıların son DURUMU AÇIQLANDI

Manqistau vilayətinin səhiyyə departamenti Aktau yaxınlığında baş vermiş təyyarə qəzasında xəsarət alan xəstələrin vəziyyəti ilə bağlı yenilənmiş məlumat dərc edib.

Kriminal.Az məlumat verir ki, bu barədə "Orda.kz" portalı xəbər yayıb.

Həkimlərin sözlərinə görə, hazırda xəstəxanada altı zərərçəkən var - bunlar Azərbaycan və Qırğızıstan vətəndaşlarıdır.

Onlardan dördü müalicəsini Reanimasiya şöbəsində davam etdirir.

"Bir xəstənin vəziyyəti son dərəcə ağır qiymətləndirilir, üç nəfərin vəziyyəti stabil ağırdır. Daha iki nəfər Travma şöbəsində müalicəsini davam etdirir. Altı xəstədən üçü Azərbaycan, üçü isə Qırğızıstan vətəndaşıdır. Onların hamısına lazımi tibbi yardım göstərilir", - deyə Manqistau vilayətinin səhiyyə departamentinin məlumatında qeyd olunub.

Top
0.054529905319214