kriminal.az
Qazaxıstana AZAL təyyarəsində oksigen balonu partlaması barədə yanlış məlumatı Rusiya tərəfi verib

"Qazaxıstanda qəzaya uğrayan "Azərbaycan Hava Yolları" (AZAL) aviaşirkətinin "Embraer 190" təyyarəsində oksigen balonunun partlaması barədə məlumat Rostovda hava limanının dispetçer xidmətindən saat 10:53-də (qəzadan təxminən yarım saat əvvəl) daxil olub".

Kriminal.Az-ın verdiyi məlumata görə, bu barədə Qazaxıstan Nəqliyyat Nazirliyindən xəbər verilib.

"Rostovun uçuş rəhbəri Aktau qülləsinin uçuş rəhbərinə əlavə məlumat verərək bildirib ki, təyyarənin göyərtəsində oksigen balonu partlayıb, sərnişinlər huşlarını itirirlər və gəliş zamanı reanimasiya tələb olunur. Bu məlumat əsasında bütün xilasetmə xidmətləri dərhal məlumatlandırılıb", - deyə qurumdan bildirilib.

Qeyd edək ki, Qazaxıstan hakimiyyət nümayəndələri hadisələrin xronologiyasını dekabrın 25-də Rostov dispetçerlərinin məlumatları əsasında brifinqdə təqdim ediblər.

Xatırladaq ki, AZAL-ın Bakı-Qroznı reysini yerinə yetirən sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə 62 sərnişin, beş ekipaj üzvü olub. Qəza nəticəsində 38 nəfər həlak olub, 29 nəfər sağ qalıb.

Top
0.042607069015503