Yəmənin paytaxtı Səna bir sıra hava hücumuna məruz qalıb. Şəhərdə güclü partlayış səsləri eşidilib.
Kriminal.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Yəmən hərəkatının nümayəndəsi məlumat verib.
"Səna yenidən hücuma məruz qalıb. Beynəlxalq hava limanının ərazisinə, həmçinin paytaxt daxilində və onun ətrafında yerləşən hərbi obyektlərə zərbələr endirilir", - mənbə bildirib.