kriminal.az
Bəşər Əsədin qohumları Livanı tərk etmək istəyərkən saxlanılıblar

Suriyanın devrilmiş Prezidenti Bəşər Əsədin yaxınları Livanı tərk etmək istəyərkən təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıblar.

Kriminal.Az xəbər verir ki, bu barədə "An-Nahar" qəzeti yazır.

Xüsusilə, söhbət Suriyanın keçmiş liderinin əmisi oğlu Dureyda Əsədin qohumlarından gedir. Onun həyat yoldaşı və qızının Livanı tərk etmək cəhdləri rədd edilib.

"Cümə günü Livan məhkəməsi Dureyda Əsədin həyat yoldaşı və qızının saxta xarici pasportlarının olduğunu aşkar etdikdən sonra həbs edilməsinə qərar verib. Məlumat üçün bildirək ki, Dureyda Əsəd devrilmiş Prezident Bəşər Əsədin əmisi Rifat Əsədin oğludur", - məlumatda bildirilir.

Top
0.043730020523071