Danimarkanın Baş naziri Mette Frederiksen Rusiyanın mümkün hücumundan ehtiyat edərək konservləşdirilmiş qida və digər zəruri əşyalar yığmağa başlayıb.
Kriminal.Az-ın xəbərinə görə, nazir bu barədə DR teleradio şirkətinə müsahibəsində bəhs edib.
Məlumata görə, Mette Frederiksen, həmçinin konservləşdirilmiş məhsulları və digər zəruri əşyaları qablaşdırıb ki, üç gün, məsələn, elektrik enerjisi və internet olmadan yaşaya bilsin.
Frederiksenin sözlərinə görə, o, hakimiyyətin tövsiyələrinə əməl edib və vətəndaşlara da bunu etməyi məsləhət görüb.
"Mən hakimiyyətin tövsiyələrinə əməl edirəm və düşünürəm ki, danimarkalılar da bunu etməlidirlər", - deyə siyasətçi bildirib.
O əlavə edib ki, bütün Danimarka vətəndaşları bu ilin əvvəlində lazımi məlumatları ehtiva edən elektron məktub alıblar.
Mette Frederiksen qeyd edib ki, ölkə aqressiv müharibə gözləmir, lakin hibrid və ya informasiya hücumlarının ola biləcəyi ehtimalını nəzərdə tutur.