Rusiyanın Krasnoyarsk vilayətində maraqlı hadisə baş verib.
Kriminal.Az-ın xəbərinə görə, bu barədə "Baza" "Telegram" kanalı məlumat verib.
Məlumata görə, filarmoniyada konsert zamanı alman çoban itinin saatlarla fasiləsiz şəkildə rusiyalı bəstəkar Pyotr Çaykovskinin əsərlərinə qulaq asması diqqət çəkib.
Hadisə şahidlərinin sözlərinə görə, bəzi tamaşaçılar əvvəlcə heyvanın konsert zalında oturmasına şübhə ilə yanaşıblar. Lakin düz səhnənin qarşısında oturan itin davranışı onların fikirlərini dəyişib.
Yaxşı tərbiyə olunmuş it sahibini konsertdə müşayiət edib. İki saat yarım ərzində it sakit oturub və musiqidən həzz alıb, bu müddətdə də nə oturduğu yerdən qalxıb, nə də hansısa səs çıxarıb.
Rusiyada maraqlı hadisə: Saatlarla Çaykovskiyə qulaq asan it hər kəsi təəccübləndirib