Kazan hava limanı təyyarələrin qəbulu və yola salınmasını bərpa edib.
Kriminal.Az xəbər verir ki, bu barədə "Rosaviasiya" məlumat yayıb.
"Kazan hava limanında Moskva vaxtı ilə saat 10:05-dən təyyarələrin qəbulu və yola salınmasına qoyulan məhdudiyyətlər aradan qaldırılıb", - deyə məlumatda qeyd olunub.
Müvəqqəti məhdudiyyətlər mülki təyyarələrin uçuş təhlükəsizliyini təmin etmək üçün tətbiq edilmişdi.
Kazan hava limanı uçuşların qəbulunu və yola salınmasını müvəqqəti dayandırıb.
Kriminal.Az xəbər verir ki, Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyi (Rosaviasiya) məlumat yayıb.
Qeyd olunur ki, məhdudiyyətlər mülki təyyarələrin uçuşlarının təhlükəsizliyini təmin etmək məqsədi ilə tətbiq edilib.