Yanvarın 4-də gecə saatlarında paytaxtın Xətai rayonunda bir qrup idmançının xuliqanlıq zəminində törətdiyi insidentlə bağlı təfərrüat məlum.
Kriminal.Az Prosport.Az-a istinadən xəbər verir ki, insident nəticəsində zərərçəkmiş şəxs Dövlət Sərhəd Xidmətinin mayoru, kikboksinq müəllimi, Əməkdar məşqçi və Əməkdar İdman ustası Fuad Zeynalov olub. Hadisə Xətai Rayon Prokurorluğunun yanında yerləşən "Yavan" restoranının yaxınlığında baş verib. O, restorandan çıxarkən sözügedən şəxslər ona hücum edib.
Xatırladaq ki, hadisəni törətməkdə şübhəli bilinən şəxslər, Elnur Həmidov, Elçin Hüseynov, Elvin Məmmədov müəyyən olunaraq saxlanılıb.
Fakta görə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb, istintaq tədbirləri davam etdirilir.
Qeyd edək ki, Elnur Həmidov və Elçin Hüseynov kikboksinq məşqçisi işləyirlər. Elvin Məmmədov isə boks müəllimidir.
Yanvarın 4-də saat 03 radələrində paytaxtın Xətai rayonunda bir qrup idmançının xuliqanlıq zəminində insident törətməsi barədə məlumatlar yayılıb.
Bununla bağlı Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Kriminal.Az-a bildirilib ki, polis əməkdaşları tərəfindən hadisəni törətməkdə şübhəli bilinən Elnur Həmidov, Elçin Hüseynov, Elvin Məmmədov müəyyən olunaraq saxlanılıblar.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb, istintaq tədbirləri davam etdirilir.