İtaliya A seriyasının 20-ci turunda Turin derbisi baş tutub.
Kriminal.Az xəbər verir ki, şəhərin "Grande Torino" stadionunda "Torino" adlı-sanlı həmyerlisi "Yuventus"u qəbul edib.
Matçda hesabı qonaqlardan türkiyəli Kənan Yıldız açsa da, meydan sahibləri ilk hissənin sonlarında bərabərliyi təmin edə biliblər. Oyunda başqa qol vurulmadığından qalibi müəyyən etmək mümkün olmayıb - 1:1.
Maraqlıdır ki, görüşün 56-cı dəqiqəsində hər iki klubun baş məşqçiləri - Vanoli və Motta qırmızı vərəqə ilə cəzalandırılblar.
Bu nəticədən sonra "qoca sinyora" 33 xalla yarış cədvəlində 5-ci pillənu tutur. "Torino" isə 22 xalla 11-cidir. A Seriyasına 44 xal toplayan "Napoli" başçılıq edir.