kriminal.az

"Azərbaycandan Serbiyaya qaz nəqlinin iki aylıq dayandırılması ilə bağlı xəbərlər doğru deyil".

Kriminal.Az xəbər verir ki, bu barədə "AnewZ"ə hökumət mənbələrindən bildiriblər.

"Şahdəniz Alfa" platformasındakı texniki nasazlığa görə qaz axını müvəqqəti olaraq dayandırılsa da, "Şahdəniz Bravo platforması ixracın davam etdirilməsini təmin etməklə tam olaraq fəaliyyət göstərir. Çatdırılmaların tezliklə bərpa ediləcəyi gözlənilir.

Bundan əvvəl Serbiya Prezidenti Aleksandr Vuçiç Azərbaycandan qaz axınının gündəlik 1,7 milyon kubmetr qaz tədarükünə təsir edən fors-major vəziyyətə görə dayandırıldığını bildirib. Bununla belə, hökumət mənbələri tədarükün bərpasının bir və ya iki ay çəkəcəyi ilə bağlı məlumatları inkar edərək, vəziyyətin nəzarət altında və müvəqqəti olduğunu vurğulayıb.

bp təsdiq edib ki, "Şahdəniz Alfa"da olan problem boru kəmərinə və ətraf mühitə ziyan vurmadan lokallaşdırılıb. Platformada işlər ehtiyat tədbirləri olaraq müvəqqəti dayandırılıb. Bununla belə, bp tərəfləri əmin edib ki, bu, Şahdəniz yatağının istismar qabiliyyətinə təsirsiz ötüşüb.

"Şahdəniz Bravo" platforması tam gücü ilə işləməyə davam edir, Türkiyə və Avropa bazarlarına qaz tədarükünü həyata keçirir. Bu həftənin əvvəlində Bolqarıstan rəsmiləri müqavilə əsasında qaz tədarükünün qısa müddətə dayandırıldığını bildirsələr də, hazırda bu bərpa olunub.

Top
0.043091058731079