"Suriyada Bəşər Əsəd rejiminin süqutundan bir aydan çox vaxt keçsə də, ötən ilin ən mühüm və gözlənilməz olaylarından biri sayılan bu hadisə barədə çoxsaylı suallar və müəmmalar hələ də qalmaqdadır. Amma zaman keçdikcə Yaxın Şərqin gələcək mənzərəsinə ciddi təsir göstərəcək həmin hadisənin yeni detalları üzə çıxır".
Bu barədə "Azad İran" YouTube" kanalında yayımlanan süjetdə qeyd olunub.
Bildirilib ki, bu baxımdan, ötən həftə İranda yayılan bir səs yazısı xüsusi diqqətə layiqdir.
"Təsadüfi deyil ki, həmin səs yazısı təkcə İranda deyil, beynəlxalq mediada da geniş maraq doğurub və müxtəlif yönlərdən təhlil olunub, eyni zamanda, onun tam, yaxud müxtəsər variantı çoxsaylı saytlarda və sosial platformalarda yayılıb. Söhbət İran İslam İnqilabının Keşikçiləri Korpusunun - SEPAH-ın yüksəkrütbəli zabitinin, briqada generalı Behruz Esbatinin Əsəd rejiminin süqutundan az sonra Tehranda etdiyi geniş məruzənin təqribən birsaatlıq səs yazısından gedir. İran paytaxtındakı Vəliəsr məscidində "Suriyadakı dəyişikliklər və müqavimətin gələcək perspektivi" mövzusunda edilmiş həmin məruzə ilk növbədə ona görə əhəmiyyətlidir ki, general Esbati uzun müddət SEPAH-ın Suriyadakı kontingentinin tərkibində xidmət edib və ölkəni ən son tərk edən İran hərbçilərindən biri olub. Bu mənada Bəşər Əsəd rejiminin son dövrünü yaxından izləyən və necə deyərlər, hadisələrin içində olan bir şəxs kimi onun verdiyi məlumatlar maraq doğurur".
Ətraflı süjetdə: