kriminal.az
Paşinyan:

"Ermənistan Azərbaycan ilə münasibətlərə dair bütün məsələlərlə bağlı konstruktiv həll yolları təklif edib".

Kriminal.Az-ın xəbərinə görə, bunu Ermənistanın baş naziri Nikol Paşinyan sosial şəbəkələrdəki paylaşımında qeyd edib.

"Ermənistan tərəfindən həyata keçirilən balanslaşdırma siyasəti birinci mərhələnin aşılmasıdır", - deyə o yazıb.

Paşinyan, həmçinin qeyd edib ki, Türkiyə ilə qarşılıqlı anlaşma üçün əhəmiyyətli baza formalaşdırılıb.

Rusiya ilə münasibətlərə toxunan Nikol Paşinyan bildirib ki, bu münasibətlər heç vaxt olmadığı qədər praqmatikdir və Ermənistan qarşılıqlı faydalı əməkdaşlıq və suverenlik əsasında bunu inkişaf etdirməyi hədəfləyir.

O əlavə edib ki, İranla əməkdaşlıq heç vaxt olmadığı qədər realdır və təbii maraqlara əsaslanır, bu da qarşılıqlı fəaliyyət üçün ən etibarlı baza və sabit münasibətlərin təminatıdır.

Paşinyan, həmçinin vurğulayıb ki, qonşu Gürcüstanla münasibətlər strateji tərəfdaşlıq relsinə salınıb və bu da yeni perspektivlər açır.

Top
0.044193983078003