kriminal.az
Azərbaycan Prezidentinə başsağlığı məktubları gəlməkdə davam edir

Myanma İttifaqı Respublikasının Dövlət İdarə Şurasının Sədri Min Aung Hlaing Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb.

Kriminal.Az President.az-a istinadən xəbər verir ki, məktubda deyilir:

"Zati-aliləri. Ötən il dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında "Azərbaycan Hava Yolları" şirkətinə məxsus təyyarənin qəzaya uğraması nəticəsində 38 nəfərin həlak olması və bir çox insanın yaralanması barədə xəbəri dərin kədər hissi ilə qarşıladım.

Bu ağır itki ilə əlaqədar Myanma İttifaqı Respublikasının xalqı adından və şəxsən öz adımdan Zati-alinizə və Azərbaycan xalqına, xüsusilə də həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verirəm.

Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

Küveyt Dövlətinin Vəliəhdi Şeyx Sabah Xalid əl-Hamad əl-Mübarək əl-Sabah da Azərbaycan Prezidentinə başsağlığı məktubu göndərib.

Məktubda deyilir:

"Dost Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyev.

Əs-səlamu əleykum və rəhmətullahi və bərəkətuhu.

"Azərbaycan Hava Yolları" şirkətinə məxsus sərnişin təyyarəsinin Qazaxıstan ərazisində qəzaya uğraması və nəticədə insanların həlak olmaları, yaralanmaları Küveyt Dövlətində dərin hüzn və kədərə səbəb olmuşdur.

Zati-aliləri, Sizə və dost Azərbaycan xalqına, həlak olanların ailələrinə başsağlığı verir, Uca Allahdan həyatını itirənlərə rəhmət diləyir, "məkanları cənnət olsun" deyir, yaralananlara tezliklə sağalmalarını arzulayıram".

Dünya Etnoidman Konfederasiyasının sədri Nəcməddin Bilal Ərdoğan da Prezident İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb.

Məktubda deyilir:

"Hörmətli cənab Prezident. Keçən il dekabrın 25-də Bakı-Qroznı reysini həyata keçirən təyyarənin qəzaya uğraması nəticəsində insanların həlak olması barədə xəbər məni dərindən kədərləndirdi.

Sizə, Azərbaycan xalqına və bu dəhşətli hadisə nəticəsində zərər görən ailələrə dərin hüznlə başsağlığı verirəm.

Biz Azərbaycanın qardaşları olaraq faciənin kədərinə şərikik və bu çətin zamanda düşüncələrimiz həlak olanların ailələri ilədir. Əminik ki, qəzada həyatını itirənlərin xatirəsi heç vaxt unudulmayacaq".

Xatırladaq ki, 2024-cü il dekabrın 25-də "Azərbaycan Hava Yolları" aviaşirkətinə məxsus J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən "Embraer 190" təyyarəsi təcili eniş zərurəti ilə bağlı Aktau şəhəri istiqamətinə yön alaraq, Aktau şəhəri yaxınlığında . Təyyarədə 5 ekipaj üzvü və 62 sərnişin olmaqla, ümumilikdə 67 nəfər olub. Qəza nəticəsində 38 nəfər həyatını itirib, 29 nəfər sağ qalıb.

Top
0.044568061828613