ABŞ-li fiqurlu konkisürən Con Maravilla Vaşinqton səmasında helikopterlə toqquşaraq qəzaya uğrayan təyyarəyə son anda minə bilməyib və sağ qalıb.
Kriminal.Az bu barədə "RİA Novosti" agentliyinə istinadən xəbər verir.
Belə ki, qeydiyyat masasında idmançıya özü ilə təyyarəyə mindirmək istədiyi itin çox böyük olduğu bildirilib və ona heyvanla göyərtəyə qalxmaq qadağan edilib.
Nəticədə Con Maravilla məsafəni avtomobillə qət etmək məcburiyyətində qalıb və qəzadan xilas olub.
Qeyd edək ki, bu gün Vaşinqtonda qəzaya uğrayan təyyarənin göyərtəsində çox sayda fiqurlu konkisürən olub. İdmançılar yanvarın 21-dən 26-dək baş tutacaq ABŞ Fiqurlu Konkisürmə Çempionatında iştirak etmək üçün Kanzas ştatına uçurmuşlar.